EN

Klublararası dünya çempionatının formatı DƏYİŞDİRİLƏCƏK

Yazını böyüt
Yazını kiçilt

FIFA klublararası dünya çempionatının formatını dəyişdirməyi düşünür.

Hafta.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Mənbənin sözlərinə görə, FIFA 2029-cu ildən etibarən turniri iki ildən bir keçirməyi və iştirakçıların sayını 32-dən 48-ə çatdırmağı planlaşdırır.

Klublararası dünya çempionatında bir ölkədən ikidən artıq klubun iştirakına icazə verilməsi də nəzərdə tutulub.

Ali futbol qurumu beynəlxalq təqvimi çox yükləməmək üçün milli komandaların iyul ayı üçün yoldaşlıq görüşlərini və turnirləri ləğv etmək istəyir.

Qeyd edək ki, 2025-ci il klublararası dünya çempionatının finalında "Çelsi" PSJ-ni 3:0 hesabı ilə məğlub edib. Turnir ABŞ-də keçirilib.

Chosen
9
hafta.az

1Sources