EN

MİLYONLARLA QAZ SAYĞACI NİYƏ YARARSIZ ÇIXDI: Çində "Alman istehsalı", Dubay variantı və... - KOMİTƏ SƏDRİ ELƏ İDDİALAR YAYDI Kİ...

"Bəlkə də son 5 il ərzində  SOCAR “Azəriqaz” İB tərəfindən ölkəyə cürbəcür ölkələrdən alınmş 3 milyondan artıq müxtəlif markalarda məişət qaz sayğacları gətirilmiş istismara verilmiş və 1 milyondan artıq qaz sayğacı növbəti dövrü yoxlama müddəti tamamlanmadan (yəni mövcud qaydalara əsasən sayğac 5 il istismarda olmalıdır) qaz xəttindən acilıb "@Kalibirlənmə labaratoriyası"na göndərilmiş və yararsız hesab olunaraq utilizasiya olunmuşdur".

Mia.az xəbər verir ki, bu məlumatı "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında adını şəkmədiyi qaz üzrə ekspertə əsaslanaraq paylaşıb. 

O, daha sonra tez-tez müəmmalı qərarlarla dəyişən sayğaclardan və artan qaz itkisi ilə bağlı vəziyyətiə toxunub:

Gəlin inkişaf etmiş və inkişaf etməkdə olan dünya ölkələrində qaz sayğacının istismar ilini və onların dövrü yoxlama müddətinə bir-bir baxaq:

- Almaniya: Risk əsasına görə vəziyəyət dəyişir. Əgər istehlakçı il ərzində  G-4 markalı sayğacla il ərzində 7000 m3 dan çox, G-6 markalı sayğacla 11000 m3 dan çox  təbii qazdan istifadə edirsə bu sayğaclar 3 ildən bir, Əgər aşağı sərfiyyatlıdırsa 10 ildən bir kalibrləşmə labaratoriyasına göndərilir. 

- Ukrayna: Bütün mexaniki qaz sayğacları 8 ildən bir dövrü yoxlamadan keçirilir.

- Qonşu Gürcüstan Qaz sayğaclarının kalibrləmə intervalları maksimum axın gücünə görə müəyyən olunur:

-Kanada:

-İspaniya:  

Belarusda Qaz Sayğaclarının Dövri Yoxlanma İntervalları:

Əsasən məişət qaz sayğacları üçün kalibrləmə intervalları 8 il və ya 10 il təşkil edir:

Gəlin ölkəmizi İspaniya ilə müqaiyisə edək:

2018-ci ildən  Azərbaycana gətirilmiş 2 milyondan bir qədər artıq Zenner Atmos firmasına məxsus qaz sayğaclarının artıq 800 mindən bir qədər artıq istismardan cıxarılıb və bir dənə olsun qaz sayğacı istehsalcıya qaytarılmayib.

Respublikamizda qaz itkiləri dayanmadan artmaqdadır, təksə 2025-ci ilin 7 ayı ərzində qəbul olunan qazın beş yüz qırx doqquz milyon üç yüz otuz üç min altı yüz otuz üç m3 qazı havaya ucurub, yəni yoxa cıxarılıb".

Məlumatda daha sonra deyilir ki, ölkədə qazın satışını həyata kecirdən SOCAR “Azəriqaz” İB 2025-ci ilin sentyabr-oktyabr ayında yeni əməliyyat modelinə keçiriləcək:

Samir MUSAYEV
MİA.AZ

Chosen
75
50
mia.az

10Sources