EN

Ötən il icbari tibbi sığorta hesabına nə qədər minimal invaziv cərrahiyyə əməliyyatı icra olunub?

Ötən il ərzində icbari tibbi sığorta hesabına 98 mindən çox minimal invaziv cərrahiyyə əməliyyatı icra olunub.

“İki sahil” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, minimal invaziv cərrahiyyə adlanan, kiçik kəsiklərlə, xüsusi avadanlıq və müasir texnologiyalarla həyata keçirilən bir çox əməliyyatlar icbari tibbi sığorta təminatına daxildir.

Bu üsul pasiyentlər üçün daha az risk, az ağrı və qan itkisi, qısa bərpa müddəti ilə seçilir. Ənənəvi açıq əməliyyatlara nisbətən bu müdaxilələr zamanı infeksiya riski, hospitalizasiya müddəti və travmatizasiya əhəmiyyətli dərəcədə azalır. 2024-cü il ərzində 98 365-dən çox minimal invaziv cərrahi müdaxilə icbari tibbi sığorta hesabına həyata keçirilib.

İcbari tibbi sığorta hesabına göstərilən minimal invaziv cərrahi xidmətlər bir sıra əsas sahələri əhatə edir. Ürək-damar sisteminə aid əməliyyatlar - müxtəlif lokalizasiyalı arteriyalara stent qoyulması, qapaqların endovaskulyar yolla dəyişdirilməsi, torakal və abdominal aortaya endovaskulyar yolla qreft implantasiyası, damarların balonla genişləndirilməsi (balon valvuloplastika), aritmiyalara səbəb olan sahələrin ablasiyası və s. kimi müdaxilələr həyati əhəmiyyət daşıyır.

Sinir sistemi və onurğa ilə bağlı icra olunan prosedurlar arasında serebrospinal (likvor) maye dövranının çətinləşdiyi və ya tamamilə mümkün olmadığı hallarda likvorun dövr etməsi üçün şunt yerləşdirilməsi, onurğa ağrılarından qurtarmaq üçün faset denervasiyası, kompession fəqərə sınıqlarında və sınıq riski olan fəqərə cisimlərinə sümük sementinin yeridilməsi (vertebroplastika) və bir çox digər müdaxilələr minimal travma ilə həyata keçirilir.

Chosen
44
50
ikisahil.az

10Sources