Olaylar.az xəbər verir ki, "RT" agentliyi Putinin Trampa təqdim etdiyi kitabın fotolarını yayımlayıb.
Məlumata görə, kitabın üzərində "1000ua.ru" saytına yönləndirilmiş QR-kod yerləşdirilib. Sözügedən saytda əsirlərin tam siyahısı və fotoları ictimaiyyətə təqdim olunub.
Həmin kitaba Ukrayna vətəndaşları tərəfindən imzalanmış petisiya da əlavə edilib. Petisiyada Prezident Volodimir Zelenskiyə müraciət olunaraq əsirlərin ölkəyə geri gətirilməsi tələb edilib.
Xatırladaq ki, daha əvvəl Tramp Putinin ona 1000 ukraynalı hərbi əsir siyahısını verdiyini bildirib. ABŞliderinin sözlərinə görə, Putin deyib ki, Kiyev bu şəxsləri qəbul etməyə razı olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31