EN

Deputat: “Ola bilsin ki, şəhidlərimizə qarşı hörmətsizlik edən turistlər gələcəkdə bir də ölkəmizə buraxılmasınlar”

“Ərəb turistlərin ötən gün Şəhidlər Xiyabanında yol verdikləri xoşagəlməz hal polislərimizin ayıq-sayıqlığı nəticəsində öz həllini tapdı, inzibati qaydada tədbir görüldü. Şəhidlərimiz, Şəhidlər Xiyabanı bizim qürur mənbəyimizdir. Ərəb turistlərin etdikləri qeyri-etik hərəkət tərbiyəsizlikdir. Bütün turistlər belə məsələlərə qarşı diqqətli olmalıdırlar. Hələlik həmin ərəb turistlərin hansı ölkə vətəndaşı olduqları açıqlanmayıb. İnanmıram ki, onların mənsub olduqları dövlət bu siyasəti aparır. Bu, həmin turistlərin özlərini apara bilməmələri, etikadan kənar etdikləri şəxsi hərəkətlərdir. Ola bilsin ki, şəhidlərimizə qarşı hörmətsizlik edən həmin turistlər gələcəkdə bir də ölkəmizə buraxılmasınlar. Ehtiyac olsa, başqa tədbirlər də görülməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Paşazadə deyib.

 

“Azərbaycan turistik ölkədir. İstər bölgələrdə, istərsə də mərkzədə turistlər üçün hər cür şərait yaradılıb. Müxtəlif ölkələrə məxsus turistlərin ölkəmizə hansı fikirlərlə gəldiyini bilmirik. Buna görə də onları ölkəyə gətirən tur şirkətləri, yaxud otellərə cəlb edən, şərait yaradan yerli təşkilatlar nizam-intizama, qaydalara əməl etməyə, turist olaraq gəldikləri ölkənin milli adət-ənənələrinə, atributlarına, mənəvi dəyərlərinə hörmət etməyə çağırmalıdırlar”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 18 Avqust 2025, 11:18   
Chosen
41
22
pravda.az

10Sources