EN

Şəki–Zaqatala regionunda fəaliyyət göstərən aqroturizm subyektlərinin sayı açıqlandı

Şəki-Zaqatala regionunda hazırda ümumilikdə 18 aqroturizm subyekti (Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndə) fəaliyyət göstərir və qonaqlara xidmətlərini təklif edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasında aqroturizmin inkişafı son illərdə, xüsusilə kənd yerlərinin potensialından turizm məqsədilə istifadəyə yönəlmiş dövlət proqramları və təşəbbüslər nəticəsində sürətlənib. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları" çərçivəsində kənd təsərrüfatı və turizmin birgə inkişafına şərait yaradılması, sahibkarlığın inkişafı üçün dövlət subsidiyaları və güzəştli kreditlərin aqroturizm sahəsinə yönəldilməsi bu sahənin inkişafına töhfə verib.

 

Məlumata görə, hazırda Azərbaycanda fəaliyyət göstərən aqroturizm müəssisələri əsasən ferma əsaslı turizm müəssisələri (məhsul yığımı, heyvanlara qulluq və s. fəaliyyətlərin təqdim olunduğu ailə fermaları), kənd evləri və ailə təsərrüfatları (ənənəvi Azərbaycan kənd evlərində qonaq qəbul edən ailələr), ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı və satışına əsaslanan təsərrüfatlar (üzümçülük, çayçılıq, bağçılıq və s.) və digər tematik kənd turizm xidmətlərini təklif edən müəssisələr kimi xarakterizə oluna bilər.

Qeyd edilib k, aqroturizm sahəsinin inkişaf etdiyi bölgələr arasında arıçılıq və balıqçılıq təsərrüfatlarının daha geniş yayıldığı, həmçinin, xurma istehsalı, şərabçılıq, bağçılıq üzrə də aqroturizm təsərrüfatlarının olduğu şimal-qərb regionu üzrə aqroturizm təsərrüfat subyektləri öz geniş fəaliyyətləri ilə seçilir. Şəki-Zaqatala regionunda hazırda ümumilikdə 18 aqroturizm subyekti (Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndə) fəaliyyət göstərir və qonaqlara xidmətlərini təklif edir.

Chosen
28
50
day.az

10Sources