BAKI. 18 avqust. TELEQRAF
Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraq göstərir.
Teleqraf xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış məraisimində çıxışı zamanı deyib.
Rektor qeyd edib ki, ingilis, alman dilləri ilə yanaşı gənclər artıq ərəb dilinə də böyük maraq göstərir: "Ərəb dili dünyanın ən zəngin dillərindən biridir. Azərbaycan xalqının Ərəb dili ilə əlaqəsi qədim dövrlərə dayanır.
BDU olaraq ərəb dilinin inkişafına, ərəb ölkələri ilə qarşılıqlı fəaliyyətə xüsusi yanaşırıq. Bu həmişə belə olub və gələcəkdə də belə olacaq".