Bakı. Trend:
Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraqgöstərir.
Trend xəbərverir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin BabayevSəudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salmanadına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü iləAzərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində çıxışı zamanıdeyib.
Rektor qeyd edib ki, ingilis, alman dilləri ilə yanaşı, gənclərartıq ərəb dilinə də böyük maraq göstərir:
"BDU olaraq ərəb dilinin inkişafına, ərəb ölkələri iləqarşılıqlı fəaliyyətə xüsusi yanaşırıq. Ərəb dili dünyanın ənzəngin dillərindən biridir. Bu dil həm də sivilizasiyanındaşıyıcılarından biridir. Azərbaycan xalqının ərəb dili ilə əlaqəsiqədim dövrlərə dayanır".