EN

Rusiyanın məşhur şousu Özbəkistanda qadağan edilib

Rusiyanın məşhur "Comedy Club" şousu Özbəkistanda etiket standartlarına uyğun gəlmədiyinə görə qadağan edilib.

Moderator.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, Özbəkistanın Mədəniyyət Nazirliyi "Comedy Club"ın rəhbərliyinə şouda iştirak edən sənətçilərin çıxışlarına qoyulan qadağalar barədə məlumat, həmçinin tövsiyələr göndərib.

Özbəkistandakı konsertin təşkilatçılarından biri isə bildirib ki, hər şey hələ 2023-cü ildə başlayıb. Həmin vaxt Daşkənddə musiqili "Comedy Club" şousunun keçirilməsi nəzərdə tutulsa da, guya texniki səbəblərə görə təxirə salınıb. Daha sonra isə yeni tarix təyin edilməyib.

Lakin təşkilatçıların dediyinə görə, hələ o zaman Özbəkistanın Mədəniyyət Nazirliyi təşkilatçılara rəsmi məktub göndərərək, tamaşada nümayiş etdirilən ailə, nikah, kişi və qadın münasibətlərinin milli mənəviyyata zidd olduğunu qeyd edib.

Yerli konsert və şou-proqram təşkilatçısının dediyinə görə, nazirlik tərəfindən belə qadağaların qoyulması ilk dəfə deyil. Belə ki, sənətçilərin proqramı diqqətlə nəzərdən keçirilir və onun ölkənin mənəvi standartlarına uyğun gəlməsi üçün düzəlişlər edilməsi xahiş olunur.

Chosen
69
50
moderator.az

10Sources