EN

Azərbaycanın qeyri-neft ixracı 11 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard dolları ötüb.

“İki sahil” xəbər verir ki,  İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-dan bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın qeyri-neft ixracı 2 milyard 087,9 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Cari ilin təkcə iyul ayında qeyri-neft məhsullarının ixracının dəyəri 333,9 milyon dollar olub. Bu göstərici illik ifadədə 20 faiz artıb.

Chosen
29
50
ikisahil.az

10Sources