AZ

Azərbaycanın qeyri-neft ixracı 11% artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neftməhsullarının ixracının dəyəri 2 milyard ABŞ dollarını ötüb.

Bu barədə Trend İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə– AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanınqeyri-neft ixracı 2,1 milyard ABŞ dolları təşkil edib. Bu, ötənilin analoji dövrü ilə müqayisədə 11% çoxdur.

Cari ilin təkcə iyul ayında qeyri-neft məhsullarının ixracınındəyəri 333,9 milyon ABŞ dolları olub. Bu göstərici illik ifadədə20% artıb.

Məqalədə:
Seçilən
13
50
az.trend.az

10Mənbələr