EN

İranın nüvə proqramının dinc məqsədli olmasına hər hansı şübhə yoxdur – Bəqai

Bakı. TurkicWorld

İranın nüvə proqramı dinc məqsədlidir və bu istiqamətdə hər hansı şübhə yoxdur.

TurkicWorld-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramının ehtimal olunan təhlükələri barədə deyilənlər həm Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatları, həm də reallıqlara əsasən tamamilə əsassızdır.

Bəqai qeyd edib ki, bəzi qərb ölkələri İranın nüvə proqramının təhlükəli olması haqda saxta açıqlamalar verməkdədirlər.

Qeyd edək ki, 12 iyunda AEBA-nın Direktorlar Şurasının iclasında ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə təqdim etdikləri qətnamə səsverməyə çıxarılıb.19 ölkənin lehinə, 11 ölkənin bitərəf və 3 ölkənin (Rusiya, Çin və Burkina Faso) əleyhinə səsverməsi ilə qətnamə qəbul olunub. Qətnamədə İranın 2019-cu ildən bəri bəyan edilməmiş nüvə materialı, İranın bir çox bəyan edilməmiş obyektlərində fəaliyyəti ilə bağlı agentliyə tam və vaxtında əməkdaşlıq etmək üzrə öhdəliklərini dəfələrlə yerinə yetirməməsi qeyd olunub.

Xatırladaq ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024 tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi 408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uran fevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb. Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirmə səviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addım olduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığa çağırıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Chosen
70
10
turkic.world

10Sources