AZ

İran XİN BAEA ilə danışıqların yeni mərhələsinin başlayacağını elan edib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 avqust, AZƏRTAC

Yaxın günlərdə İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nümayəndələri arasında danışıqlar baş tuta bilər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

İranlı diplomat mətbuat konfransında deyib: “Ola bilsin ki, agentliklə danışıqların növbəti raundu yaxın günlərdə baş tutsun”.

İran rəsmiləri ilə BAEA nümayəndəsi arasında avqustun 11-də Tehranda keçirilən danışıqlardan sonra İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, tərəflər İranın nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Diplomat qeyd edib ki, BAEA Baş direktorunun müavini Massimo Aparo ilə görüşdə hazırkı şəraitdə Tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatı müzakirə olunub.

Qəribabadi qeyd edib ki, İran tərəfi İsrail və ABŞ-ın İrana hücumu zamanı BAEA-nın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı etirazını bildirib. Agentliyin İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrini pisləməməsi İslam Respublikasında kəskin tənqidlərə səbəb olub. Tehran BAEA rəhbərliyini onun fəaliyyətini siyasiləşdirməkdə ittiham edib.

İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian BAEA ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb.

İyulun 22-də İranın xarici işlər naziri Abbas Araqçi deyib ki, İran gələcəkdə agentliyin müfəttişlərinin öz ərazisinə qayıtma ehtimalını istisna etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
19
azertag.az

10Mənbələr