EN

Nazirlik: Son 4 ildə Sabunçuda qrunt sularının təmizlənməsi tədbiri üzrə büdcə xərcləri tam icra olunmayıb

Nazirlik:

2021-2024-cü illərdə “Bakı şəhərinin Sabunçu rayonunda qrunt sularının təmizlənməsi” tədbiri üzrə büdcə xərcləri proqnozla müqayisədə az icra edilib.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, sözügedən tədbirlə əlaqədar ayrılan büdcə vəsaitinin 2021-ci ildə 88.7%-i, 2022-ci ildə 86.1%-i, 2023-cü ildə 55.8%-i, ötən il isə 86.1%-i istifadəsiz qalıb.

Qeyd edilib ki, təqdim olunan izahata əsasən vəsaitdən aşağı istifadə qrunt sularının səviyyəsinin artmaması və bununla bağlı xərc artımına ehtiyac yaranmaması ilə əlaqəli olub.

Təqdim edilən izahedici məlumatlarda sözügedən tədbirlər üzrə vəsaitin proqnozdan daha az istifadə olunmasının səbəbləri kimi, ştatların optimallaşdırılması, satınalma prosedurlarının baş tutmaması, müqavilə dəyərinin ehtimal olunandan aşağı olması, strukturun təkmilləşdirilməsi tədbirləri, iki balıqartırma zavodunun ləğvi və s. səbəblər qeyd edilib.

Chosen
22
50
xalqcebhesi.az

10Sources