Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun (BVF) iyul ayında dərc etdiyi“Qlobal İqtisadi İcmal” hesabatına əsasən qlobal iqtisadi artımtempinin 2025-ci ildə 3% və 2026-cı ildə 3.1% səviyyəsində olacağıproqnozlaşdırılır. Bu da 2000-2019-cu illər üzrə tarixi ortagöstərici olan 3.7%-dən aşağıdır.
Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Proqnozlar 2025 və 2026-cı illər üzrə ötən proqnozla müqayisədəmüvafiq olaraq 0.2% və 0.1% bəndi artırılıb.
"Proqnozların yüksəldilməsi yüksək tarif artımları fonundagözləniləndən daha effektiv ilkin tədbirlərin görülməsi, ABŞdollarının zəifləməsi ilə maliyyə şərtlərinin yaxşılaşması və bəziəsas iqtisadiyyatlarda fiskal genişlənmə iləəlaqələndirilir.Ümumilikdə, iqtisadi artımın ötən illə müqayisədə aşağı olsa da2025-26-cı illərdə davam edəcəyi gözlənilir. Bununla yanaşı qlobalinflyasiya proseslərinin ortamüddətli dövrdə bir qədər səngiyəcəyiproqnoz edilir. Bu azalma tempinin trayektoriyası 2025-ci ilinaprel ayında verilmiş proqnozlara olduqca yaxındır", - deyəməlumatda vurğulanıb.
Bildirilib ki, yenilənmiş hesabata əsasən öncəki proqnozdanəzərdə tutulandan daha aşağı qlobal effektiv tarif dərəcəsininformalaşması və tariflərin tətbiqindən öncə güclü yüklənməninolması inkişaf etmiş ölkələr (İEÖ) və inkişaf etməkdə olan ölkələr(İEOÖ) üzrə proqnozların yuxarı doğru dəyişdirilməsinə təkanverib.
Ümumilikdə, İEÖ qrupu üzrə iqtisadi artım proqnozları 2025 və2026-cı illər üzrə 0.1 faiz bəndi artırılaraq cari il üzrə 1.5%,2026-cı il üzrə isə 1.6% səviyyəsində müəyyən olunub.
Qeyd edilib ki, proqnozlar cüzi artım istiqamətli olsa belə, İEÖqrupunda iqtisadi artımın cari və növbəti illərdə ötən illəmüqayisədə daha aşağı olacağı gözlənilir.
"ABŞ-də iqtisadi artımın 2025-ci ildə 1.9%, 2026-cı ildə isə 2%olacağı proqnoz edilir. Bu da ötən illə müqayisədə aşağı olsa daötən proqnozla müqayisədə müvafiq olaraq 0.1 və 0.3 faiz bəndiyuxarıdır. Cari ildə proqnozun artırılmasının əsas səbəbləri tarifdərəcələrinin apreldə elan ediləndən daha aşağı səviyyədə qalmasıvə maliyyə şəraitinin yumşalmasıdır.
Növbəti il üzrə artımı dəstəkləyəcək əsas amil isə fiskal sahədəqəbul edilən yeni qanun aktının vergi siyasəti vasitəsiləkorporativ investisiyalara təsiridir.
Avrozona iqtisadiyyatının 2025-ci ildə 1%, 2026-cı ildə isə birqədər yüksələrək 1.2% olacağı proqnoz edilir. Cari il üzrə proqnoz0.2
faiz bəndi artırılıb. Artım, əsasən, İrlandiyada ilin I rübündəÜDM-in yüksək artımı ilə əlaqədardır. 2026-cı il üzrə proqnozda hərhansı bir dəyişiklik edilməmiş, iqtisadiyyatın potensialına uyğunartacağı gözlənilir", - məlumatda bildirilib.
Vurğulanıb ki, İEOÖ üzrə iqtisadi artım proqnozları 2024-cüildəki 4.3%-lik artımla müqayisədə hələ də aşağıdır. Proqnozların2025-ci ildə 4.1%, 2026-cı ildə isə 4% olacağı gözlənilir.
Aprel hesabatı ilə müqayisədə iyulda proqnozlar müvafiq olaraq0.4 və 0.1 faiz bəndi artırılıb.