EN

“Krım körpüsünün partladılmasının qarşısı alınıb” – FSB


Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə partlayış törətmək cəhdinin qarşısının aldındığını iddia edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, partlayıcı qurğu “Chevrolet Volt” markalı avtomobilə yerləşdirilib Gürcüstanın “Zemo Larsi” keçid məntəqəsindən Rusiyaya daxil olub.
“Avtomobilin Krasnodar diyarına şəxsi daşıyıcı tərəfindən idarə olunan yük maşını ilə daşınması planlaşdırılıb. Sürücü avtomobildə partlayıcı maddənin olması barədə heç nə bilməməli və Krım körpüsü ilə Krıma daxil olarkən onu başqa sürücüyə təhvil verilməli idi”, - məlumatda deyilir.
Bildirilir ki, Rusiya xüsusi xidmət orqanları partlayıcı qurğunu müəyyən edib zərərsizləşdirməyə nail olub, həmçinin avtomobilin Rusiya ərazisinə gətirilməsində iştirak edənlərin hamısını həbs edib.
Chosen
23
19
yeniavaz.com

10Sources