EN

Uşaq bağçası işçisi istismara görə həbs edildi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-də uşaq bağçası işçisi azyaşlıya qarşı istismarda ittiham olunaraq həbs edilib. Hadisə Bainbridge şəhərində, kilsəyə bağlı Little Blessings Uşaq Baxımı Mərkəzində qeydə alınıb.

“Cebheinfo.az” WDRW-ə istinadən xəbər verir ki, 54 yaşlı Yvette Thurston üç dəfə birinci dərəcəli uşaq istismarı və bir dəfə ağırlaşdırılmış xəsarət yetirmə ittihamı ilə üzləşir. O, bazar ertəsi polis tərəfindən saxlanılıb.

Zərərçəkmiş körpənin atası, ABŞ dəniz piyadası Cory Weeks sosial şəbəkədə 1 yaşlı oğlu Clayin qara gözlü, şişmiş sifətli şəkillərini paylaşaraq, baş verənləri “hər bir valideynin ən pis kabusu” adlandırıb.

İlkin olaraq bağça rəhbərliyi uşağın digər azyaşlı tərəfindən plastik oyuncaqlarla xəsarət aldığını bildirsə də, valideynlər müşahidə kameralarının görüntülərinə baxdıqdan sonra işçinin uşağa hücum etdiyini iddia ediblər.

Uşaq təcili olaraq xəstəxanaya çatdırılıb və tibbi yardım alıb. Hadisə ilə bağlı Decatur County müstəntiqləri istintaq aparır.

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
58
50
cebheinfo.az

10Sources