ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
“İran Prezidenti Məsud Pezeşkianın Ermənistan səfərində ciddi şəkildə araşdırılacaq məsələ Şimal-Cənub dəhlizinin yaradılması olacaq”.
Teleqraf xəbər verir ki, bunu iranlı politoloq Ehsan Movahedian deyib.
Söhbət Qara dəniz-Gürcüstan-Ermənistan-İran-Hindistan dəhlizindən gedir. İran bu yolla Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir.
Ekspert bildirib ki, İran Ermənistanı da cəlb etməklə Şimal-Cənub dəhlizinin yaradılmasını davam etdirmək niyyətindədir.
Movahedian ABŞ-nin Zəngəzur dəhlizi və ya “Tramp yolu”na nəzarəti məsələsinə də diqqət çəkib:
“Ermənistan ABŞ-nin addımlarının qarşısını almaq imkanlarına malik deyil. Əgər onlar bizim milli maraqlarımıza zidd sərt addımlar atmaq istəsələr, Ermənistan müqavimət göstərə bilməyəcək. Ona görə də Şimal-Cənub dəhlizinin yaradılması və başa çatdırılması məsələsi bu səfər zamanı gündəmdə olacaq”.
İranlı ekspert əlavə edib ki, əgər Tehran və Ermənistan arasında planlar həyata keçirilsəydi, ABŞ-nin regionda iştirakı imkanları daha az olardı.
Movahedian İranın Cənubi Qafqazdakı imkanlarını tamamilə itirmək üzrə olduğunu qeyd edib: “Belə bir şəraitdə biz Qafqaz regionundan uzaqlaşdırılacağıq və bunu gizlətmək olmaz”.
Qeyd edək ki, Məsud Pezeşkian bu gün Ermənistana səfər edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.