EN

Putin peşəkar və sakitdir, səs tonu isə... Renzi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın keçmiş baş naziri Matteo Renzi Rusiya Prezidenti Vladimir Putini “əla danışıqlar aparan şəxs” adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat verib.

“Vladimir Putin monoxrom səs tonundan istifadə edir və hətta sakit görünür. Hər bir cümləni çox diqqətlə qurur. Əvvəlcə iki əsaslandırma verir, sonra isə incə detallar əlavə edir. O, çox peşəkardır,” – siyasətçi qeyd edib.

Renzi bildirib ki, Putin beynəlxalq arenada nəinki hörmət qazanmağı bacarır, həm də dünya liderləri ilə şəxsi münasibətlər qurur.

Sabiq baş nazir Putinin Alyaskada qırmızı xalça ilə qarşılanmasını xatırladıb. O, Putinin ABŞ Prezidenti Donald Trampla əlaqələri möhkəmləndirdiyini də vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
50
globalinfo.az

10Sources