EN

Vaşinqton geri çəkilir: ABŞ Rusiyaya sanksiyalardan imtina edir

  "Vaşinqton sanskiya siyasətindən imtina edir. ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib ki, ki, Rusiyadan gətirilən neftin Çində emalına görə tətbiq olunacaq ikinci dərəcəli sanksiyalar dünya bazarında qiymətlərin artmasına səbəb ola bilər. “Kim bu nefti alırsa, ya ona daha baha qiymət ödəyəcək, ya da o olmayanda alternativ mənbələr axtarmalı olacaq” deyən dövlət katibi Avropanın bir sıra dövlətlərinin artıq bu ssenarinin mümkünlüyündən narahat olduqlarını söyləyib".

Referans xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Rubionun bu açıqlamasından gəlinən qənaət odur ki, Vaşinqton Rusiya neftini aldıqlarına görə Çin və Hindistana qarşı sanksiya tətbiq etməyəcək:

"Vaşinqtonla Pekin arasında ticarət sazişinin mətni üzərində çalışmalar davam edir. Ağ Ev bunun xaricində Çini Rusiya neftini aldığına görə bu ölkəyə qarşı sanksiya tətbiqini planlaşdırırdı. Ancaq ABŞ və Rusiya Prezidentlərinin Alyaskadakı görüşündən sonra Ağ Ev sanksiya mövzusunun arxa plana keçdiyini bildirib. Misal üçün ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinə görə Rusiyaya qarşı da sanksiya tətbiq edəcəyini açıqlamışdı. Ancaq Ağ Ev sahibi rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Rusiyaya qarşı sanksiya tətbiqini sonraya saxladığını bildirib. Tramp ümid edir ki, Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək. Bundan sonra isə Rusiyaya qarşı sanksiyaya ehtiyac yoxdur, əksinə ABŞ Rusiya ilə iqtisadi və ticarət əməkdaşlığını bərpa etmək istəyir. Belə olan halda Rusiyadan neft alan ölkələrə qarşı sanskiya tətbiqinin də mənası qalmır".

Elxan Şahinoğlu həmçinin qeyd edib ki, Tramp Rusiya neftini aldığına görə Hindistana qarşı da sanksiya tətbiq edəcəyini bildirsə də, Alyaska görüşündən sonra bu məsələ də arxa plana keçib:

"Buna baxmayaraq, Hindistanın neftayırma zavodları Rusiyadan neft alışını azaldıblar. Hindistan neftin əsas hissəsini Körfəz ölkələrindən alır. Buna baxmayaraq, Rusiya-Ukrayna müharibəsi bitərsə Hindistan Rusiyadan neft alışını davam etdirəcək".  

Chosen
32
50
referans.az

10Sources