EN

İran nəşri Vaşinqton anlaşmasında “qeyri müəyyənlik” “tapıb”

Tribuna saytına istinadən ain.az xəbər verir.

İranda nəşr olunan “Zirnevis News” saytı Azərbaycanın Vaşinqtonda əldə etdiyi naliyyətə kölgə salmaq üçün məqalə ilə çıxış edib.

Tribunainfo.az xəbər verir ki, sayt Ermənistanla əldə olunmuş razılaşmada “qeyri-müəyyənlik” “tapıb”.

Nəşr yazır ki, Bakı Vaşinqton sənədini tarixi nailiyyət kimi göstərməyə çalışır. “Lakin müqavilənin mətnində qeyri-müəyyənliklər mövcuddur”.

Müəllifin iddiasına görə, sənəddəki “maneəsiz əlaqə” və “qarşılıqlı fayda” kimi ifadələr aydın deyil. “Bu, gələcəkdə problem yaradacaq. Halbuki dəhlizin əsas mahiyyəti bölgə xalqları üçün iqtisadi və nəqliyyat imkanlarının açılmasıdır”.

“Zirnevis News” onu da iddia edib ki, Ermənistan dəhliz üzərində hüquqi nəzarəti saxlasa dda, 99 illik icarə müqaviləsi ilə ABŞ bütün idarəetməni ələ keçirəcək. “Zəngəzur dəhlizi Amerikanın və Trampın geosiyasi planıdır. Bu layihə regional sabitliyə yox, Amerikanın maraqlarına xidmət edir”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
50
tribunainfo.az

10Sources