EN

Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO

Marilyn

ABŞ-ın məşhur aktrisası Marilyn Monroenun yarılmasıni edən həkim, 63 illik səssizliyini pozdu. Həkim, məşhur ulduzun ölüm səbəbini özünün intihar etdiyi kimi qəbul etmədiyini və hətta bunu araşdırmağın belə qadağan olunduğunu açıqlayıb.MarilynMarilyn Monroe 4 avqust 1962-ci ildə vəfat edib və bu ölüm, keçən 63 ilə baxmayaraq, tam olaraq aydınlaşdırılmayıb. Yarılmanı aparan həkim Thomas Noguchi, 98 yaşında səssizliyini pozaraq diqqət çəkici açıqlamalar verib.Noguchi bildirib ki, o, Monroe-nun intihar etdiyinə heç vaxt inanmayıb və ölümün arxasındakı həqiqətlərin araşdırılması da əngəllənib.Daily Mail-in xəbərinə görə, Noguchi-nin açıqlamaları yeni çıxan “LA Coroner: Thomas Noguchi və Hollivudda Ölüm” kitabında yer alıb. Kitabın müəllifi Anne Soon Choi, yarılmanın natamam aparıldığını, sübutların sürətlə itirildiyini və intihar qərarının həqiqəti əks etdirmədiyini qeyd edib.Noguchi Monroe-nun cəsədinin ətrafında olan sakitləşdirici dərman şüşələrinə baxmayaraq, mədəsində və bağırsaqlarında heç bir dərman izi tapmadığını bildirib. Daha ətraflı testlər üçün təzyiq göstərməsinə baxmayaraq, baş toksikoloq Raymond Abernathynin hesabatdan sonra orqanları məhv etdiyini öyrəndiyini söyləyib.Noguchi həmçinin yarılmanın natamamlığı səbəbindən ittiham olunmaqdan qorxdğunu, lakin dövrün baş hüquq-mühafizə həkimi Theodore Curpheynin yerinə 35 yaşlı özünün təyin olunduğunu deyib.Kitabda Monroe-nun ABŞ prezidenti John F. Kennedy ilə əlaqəsi və Kennedy-nin uşağını daşıdığı iddiaları da yer alıb. Ulduzun, Kennedy tərəfindən tərk edildikdən sonra hər şeyi açıqlamaqla hədələdiyi, bu səbəbdən güclü Kennedy ailəsinin Monroe-nu susdurmaq üçün motivasiya tapdığı iddia olunur.Ulusum.az

Diqqət Çəkənlər

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO

FHN: Ötən həftə 5 nəfərin meyiti tapılıb

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb

Chosen
65
50
ulusum.az

10Sources