AZ

Vinisius Junior Braziliya yığmasına dəvət almayacaq

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti gözlənilməz addım atıb.

İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis Vinisius Junioru millinin düşərgəsinə çağırmayacaq.

"Pentakampeonlar" DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili (5 sentyabr) və Boliviya (10 sentyabr) komandaları ilə qarşılaşacaqlar. Braziliyanın çalışdırıcı ilk heyətdə "Real"ın ulduzuna şans verməyib. Vinisiusun Çili ilə oyunu sarı vərəqə limiti üzündəb buraxacağı əvvəlcədən məlum olsa, Ançelotti onun xidmətindən ikinci görüşdə də istifadə etməyəcək.

Qeyd edək ki, yekun siyahı avqustun 25-də açıqlanacaq. Braziliyalılar Cənubi Amerika zonasında sona 2 tur qalmış 25 xalla 3-cü pillədə qərarlaşıblar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
12
icma.az

10Mənbələr