EN

İnsan təxəyyülünün sərhədi müəyyənləşdi

Koqnitiv psixoloqlar insan təxəyyülünün imkanlarını öyrənərək maraqlı nəticəyə gəliblər: beynimiz eyni anda yalnız bir obyektin hərəkətini izləyə bilir.

Harvard Universitetinin Psixologiya fakültəsinin dosenti Tomer D. Ullman və İsrail Açıq Universitetinin koqnitiv psixologiya üzrə dosenti Heyli Balaban tərəfindən aparılan təcrübə Nature Communications jurnalında dərc olunub.

Tədqiqatda iştirakçılara əvvəlcə bir topun raketbol meydançasındakı kimi tullanmasını göstərən animasiya təqdim edilib. Daha sonra isə iki müxtəlif ritmdə hərəkət edən top nümayiş olunub. Hər iki halda müəyyən anlarda toplar ekrandan yoxa çıxıb və iştirakçılar onların hara düşəcəyini təxmin etməli olublar.

Nəticələr göstərib ki, insanlar bir topun trayektoriyasını asanlıqla təsəvvür edə bilsələr də, iki obyektin hərəkətini eyni anda izləmək və düzgün proqnozlaşdırmaq mümkün olmayıb.

Alimlər etiraf ediblər ki, bu nəticə gözlənilməz olub. Əvvəlki araşdırmalara əsaslanaraq onlar insan təxəyyülünün üç-dörd obyektin hərəkətini izləyə biləcəyini güman edirdilər.

Beləliklə, yeni tədqiqat insan beyninin məhdudiyyətlərini bir daha üzə çıxararaq, təxəyyülün imkanlarının düşündüyümüz qədər geniş olmadığını göstərib.

S.ELAY

XQ

Chosen
4
3
xalqqazeti.az

5Sources