EN

Zelenski Trampa bu güzəştləri VERƏCƏK

“Volodimir Zelenskinin Oval Ofisdə bugünkü görüşü bəlkə də onun prezidentliyinin ən əlamətdar görüşüdür”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Financial Times” yazır.

Qəzet yazır: “Bu, Donald Trampla münasibətləri bərpa etmək, Rusiya müharibəsinə ədalətli son qoymaq və Ukraynanın gələcək təhlükəsizliyi üçün ABŞ-nin zəmanətlərini təmin etmək şansıdır”.

Nəşr qeyd edir ki, müzakirənin konkret təfərrüatları ilə yanaşı, münasibətləri “fırtınalarla dolu” olan Ukrayna və ABŞ liderlərinin bugünkü görüşünün tonu da az əhəmiyyətli olmayacaq.

Prezidentə yaxın yüksək rütbəli Ukrayna rəsmisi FT-yə bildirib ki, Oval kabinet danışıqlarında Zelenskinin məqsədi Ukraynaya Donetsk və Luqansk vilayətlərindən qoşunların çıxarılması kimi qeyri-mümkün addımlar atması üçün təzyiq olmadan məhsuldar sülh prosesi qurmaq olacaq.

Rəsminin sözlərinə görə, bu məqsədlə Ukrayna Prezidenti hazırkı cəbhə xətti boyunca ukraynalıların qəbul edə biləcəyi “məqbul kompromis”ə getməyə hazırdır.

Chosen
59
50
cebheinfo.az

10Sources