EN

Tehrandan Araz dəhlizi reklamı: “Qonşularla konsensusa gəlməliyik”

“İnanıram ki, Zəngəzur dəhlizi deyildiyi kimi güclü deyil. Zəngəzur illərdir açıq olan, lakin iki ölkə arasındakı müharibə səbəbindən bağlanan bir marşrutdur və indi, 40 ildən sonra marşrut yenidən açılır”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri İran Avtomobil Nəqliyyatı və Avtomobil Yolları Təşkilatının Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti deyib.

O, Araz marşrutunui önə sürərək, ondan səmərəli istifadə etməyin vacibliyini qeyd edib. “Araz marşrutunun aktiv beynəlxalq marşrut olması üçün buradan keçən nəqliyyatla bağlı müxtəlif variantlar və alternativlər ola bilər”.

Onun sözlərinə görə, bölgədəki yük mənbələri, o cümlədən Avropa, Çin və Rusiya arasında aralıq əlaqələrə görə regionda yüklərin daşınması üçün müxtəlif variantlar var və bu marşrutlar inkişaf etdirilə bilər. “Məsələn, Araz dəhlizi də yükdaşıma marşrutu ola bilər. Lakin biz tranzit inkişafını Allahın öhdəsinə buraxmamalıyıq. Ki, bu dəhliz bağlansın. Ölkəmizin imkanları və endogen potensialın mövcud vəziyyətini nəzərə alaraq, iqtisadi səmərə və daha ucuz marşrut axtaran iqtisadi aktorların bizim marşrutumuzdan keçməyə razı olduğu şəkildə şərtləri asanlaşdırmalıyıq”.

Hidayəti hesab edir ki, Zəngəzur uzun illər Naxçıvanla Azərbaycan arasında bağlıdır. “Ona görə də yüklər İran vasitəsilə daşınırdı. Bu tendensiya indi də davam edə bilər. Bu tendensiyanın davam etməsi bizim öz davranışımızdan asılıdır. Lakin Zəngəzur regiondan kənarda güclərin nəzarətində olarsa, geosiyasi təhlükə nə ola bilər və bu, narahatedici məsələdir”.

İdarə rəhbəri onu da vurğulayıb ki, əgər İran Araz dəhlizinin çıxış yolu olduğunu deyirsə, bu, o deməkdir ki, Azərbaycanı Naxçıvanla birləşdirir. “Amma biz beynəlxalq dəhlizin olmasını istəyiriksə, onun tərifi, konsepsiyası başqadır və bu marşrut yük mənbələrinə bağlı olmalı, dəniz nəqliyyatı ilə əlaqəli daha iqtisadi marşruta malik olmalıdır”.

O qeyd edib ki, Araz dəhlizi neft və qaz kəmərlərinin keçdiyi marşrut da ola bilər. “Şimal və cənub ölkələrimizin qaz və neft ehtiyatlarına və hasilatına malik olduğunu nəzərə alsaq, Araz dəhlizinin enerji dəhlizinə çevrilə bilməsi vacibdir. Araz dəhlizinin inkişafı bizim bu dəhlizin tərifindən və baxış tərzimizdən asılıdır. Biz bu marşrut boyunca olan ölkələrlə ortaq konsensusa gəlməliyik”.

Fərda Uğur

Chosen
8
50
tribunainfo.az

10Sources