EN

Lənkəran-Astara regionunda 7 yeni məktəb binası tikilir 

Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə  50 ümumi təhsil və 6 məktəbdənkənar təhsil müəssisəsində ümumi cari, 1 məktəbəqədər təhsil  müəssisəsində isə əsaslı təmir aparılır. 

Bu barədə AzEdu.az-a Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, Astara rayonunun Sərək və Şümrüd, Lənkəran rayonunun Viyən, Lerik rayonunun Cəngəmiran, Cəlilabad rayonunun Musalı, Kövüzbulaq kəndlərində və Göytəpə şəhərində yeni məktəb binaları tikilir. Məlumatda qeyd edilib ki, məktəblərin təmiri və tikintisi növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 534 ümumtəhsil, 121 məktəbəqədər və 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Chosen
20
23
azedu.az

10Sources