EN

Pakistanda ölənlərin sayı 660-a çatıb

Pakistanda musson mövsümünə qədəm qoyan leysan yağışları və əlaqədar hadisələr nəticəsində ən azı 660 nəfər ölüb, 929 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi bazar ertəsi günü bildirib.

Bu hadisələr nəticəsində 2500-ə yaxın bina zədələnib, 30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib. Heyvandarlığa və əkinçiliyə xeyli ziyan dəyib.

Məlumata görə, ən çox itkilər şimal-qərbindəki Hayber Paxtunxva əyalətində olub, 392 nəfər ölüb, 245 nəfər yaralanıb. Şimal-şərqdəki Pəncab əyalətində 164 nəfərin öldüyü, 582 nəfərin yaralandığı bildirilir. Sind, Bəlucistan, Gilgit-Baltistan və bir sıra digər əyalətlərdə də ölüm halları qeydə alınıb.

Ölkənin hakimiyyət orqanları insanların həyatını xilas etmək və elementlərdən dəyən ziyanı minimuma endirmək üçün səy göstərir.

Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir, kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən, lakin tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olan güclü yağışlar yağır.

Chosen
39
2
modern.az

10Sources