EN

Vidadi Rzayev: "Kəpəz"i bu günə qoymaq lazım deyil"

"Sumqayıt"la matçı izlədim. "Kəpəz" yenə də Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Bu, azarkeşləri qane edəcək, ya yox deyə bilmərəm".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.

Veteran futbolçu "Kəpəz"in ilk turda sərgilədiyi oyundan və ümumiyyətlə, klubda yaşananlardan narazıdır:

"Komanda ötən gün çox "dişsiz" oynadı. "Sumqayıt" qat-qat üstün idi. 90 dəqiqə ərzində 2-3 qol fürsətləri oldu, yararlana bilmədilər. Məncə, "Kəpəz" Premyer Liqada qalacaq, amma neçənci pillədə olacaq deyə bilmərəm. Yazırlar kluba yeni sponsor gəlib. Bu necə sponsordur ki, deyir uşaq futboluna pul ayırmırıq, fikirimiz əsas komandaya baxmaqdır. Bəs, uşaq futbolu necə olacaq? Mənə yeni sponsorun gəlməyi inandırıcı gəlmir".

Rzayev komandaya kimin başçılıq etdiyinin məlum olmadığını açıqlayıb: "Onsuz da Azərbaycan futbolunda şəffaflıq yoxdur. Kim nə edir gizlində qalır. Dünənki oyun göstərdi ki, komanda hələ tam hazır deyil. Son illərdə "Kəpəz"in Premyer Liqada qalmağı uğur olub. İzlədiyim oyunlarda gördüm ki, klubumuz elitaya vəsiqə qazanan komandalardan üstündür. Mənə elə gəlir elitada qalmaq uğrunda mübarizə 3 klub arasında - "İmişli", "Karvan-Yevlax" və "Kəpəz" - arasında gedəcək. Bu da məni heç qane etmir. Klubun tarixi keçmişi var, SSRİ çempionatında oynayan komandalardan biridir. Köklü klubu bu günə qoymaq lazım deyil. Kim nəzarət edir, bilmirəm, gizli saxlayırlar. Həftədə biri gəlir, biri gedir. Bu "qara qüvvə" kimdir? Hamı deyir Adil Vəliyevdir, amma Adil müəllim hardadır? Bunu heç kim bilmir. Bu adam İdarə Heyətinin sədri olsa da komandaya normal pul ayırmır. Namiq Qədirov gəldi, bizimlə görüşdü. Bir həftə sonra məlum oldu ki, postundan gedib. Bunlar necə sponsordur, mən başa düşə bilmirəm. Sanki gələn özü- özünü təyin edir. Klubda anlaşılmazlıq çoxdur".

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının ilk turunda "Sumqayıt"a böyük hesabla məğlub olub - 0:3

İdman.biz

Chosen
13
35
idman.biz

10Sources