AZ

Kəpəz yeni transferlərini və müqavilə müddətini artırdığı futbolçuları açıqlayıb

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var.

20 yaşlı Elcan isə yarımmüdafiəçidir. Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında "sarı-göylər"in formasını geyinəcək.

Bundan başqa, Gəncə təmsilçisi daha üç futbolçu ilə müqaviləni yeniləyib. Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik anlaşma imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
31
sia.az

10Mənbələr