EN

Zelenski: Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına edilən hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib...

APA xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında fikir bildirib.

"Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.

Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu bəyan vurğulayıb.

Poliqon.info

Chosen
17
50
poliqon.info

10Sources