AZ

Zelenski: "Rusiya Odessada Azərbaycanın neft obyektinə qəsdən hücum edib"

Zelenski:

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Odessada Azərbaycanın dövlət neft şirkətinin neft infrastrukturu obyektlərinə qəsdən hücum edib.

O, bu barədə sosial şəbəkə səhifəsində yazıb.

"Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən məqsədli zərbə endirildi. Yəni bu, bizim münasibətlərimizə və enerji müstəqilliyinə zərbədir", - deyə Zelenski vurğulayıb.

Ukrayna lideri bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Trampla bu gün Ağ Evdə keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində Ukraynaya hücumları gücləndirib.

Ukrayna lideri Rusiyanın zərbələrini "nümayişkaranə və riyakar" adlandırıb(Report).
Seçilən
22
50
reyting.az

10Mənbələr