EN

Tramp paytaxta qoşun yığır – hakimiyyəti güclə qoruma planımı?

  ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda yerləşdirilən Milli Qvardiya bölmələrinə yaxın günlərdə odlu silah paylana bilər. Məqsəd federal idarələrin təhlükəsizliyini gücləndirmək və mümkün cinayətlərin qarşısını almaqdır.

Referans  xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Hazırda paytaxtda xidmət edən qvardiyaçılar yalnız zirehli jiletlərlə təmin olunublar. Lakin Ağ Ev administrasiyası onların odlu silahlarla da təchiz olunmasını müzakirə edir. Qvardiya əsgərləri hökumət binalarının mühafizəsini gücləndirəcək, polislərin əməliyyatları zamanı əlavə dəstək göstərəcək və şəhərdə təhlükəsizliyi təmin edəcəklər.

Məlumata görə, Vaşinqtonda xidmət edən 800 hərbçiyə əlavə olaraq 750 nəfərin də göndərilməsi planlaşdırılır. Ötən həftə Ohayo, Cənubi Karolina və Qərbi Virciniya ştatlarının respublikaçı qubernatorları ümumilikdə 750 qvardiyaçı göndərəcəklərini açıqlayıblar. Onların saxlanma xərcləri federal büdcədən ödənəcək.

Trampın Milli Qvardiyanın paytaxta yerləşdirilməsi barədə qərarından sonra son bir həftədə Vaşinqtonda 300 nəfər saxlanılıb. Təkcə 16 avqustda 68 nəfər həbs olunub, 15 ədəd qanunsuz silah götürülüb. Bütün bu əməliyyatlar polisin iştirakı ilə həyata keçirilib, Milli Qvardiya həbs tədbirlərinə qoşulmayıb.

Qvardiyaçıların sayının artırılması xəbəri paytaxtda etiraz aksiyalarına səbəb olub. Polis mitinqlərin dinc keçdiyini və heç bir saxlanmanın olmadığını bildirib  

Chosen
5
26
referans.az

10Sources