EN

Milli Yaylaq Festivalı çərçivəsində "KOB FEST" sərgi-satış YARMARKASI

Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunun Xan Yaylağında 4-cü Milli Yaylaq Festivalı keçirilib. Festival çərçivəsində "KOB FEST" sərgi-satış yarmarkası təşkil olunub.

Hafta.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. Bildirilib ki, 15-17 avqust tarixlərində Göygöl rayonunun Xan Yaylağında keçirilən 4-cü Milli Yaylaq Festivalı çərçivəsində "KOB FEST" sərgi-satış yarmarkası təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, suvenirlər, milli musiqi alətləri və müxtəlif əl işləri nümayiş olunub.

Yarmarkada 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilib.

Mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkasında Göygöl, eləcə də ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çox çeşiddə məhsul və xidmətləri sərgilənib.

Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram da təşkil olunub.

Bölgədə yaşayan sakinlər və turistlər tərəfindən "KOB FEST" sərgi-satış yarmarkası maraqla qarşılanıb.

Chosen
37
29
hafta.az

10Sources