Bakı. Trend:
Yarmarkada 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çoxçeşiddə məhsul və xidmətləri təqdim edilib.
15-17 avqust tarixlərində Göygöl rayonunun Xan Yaylağındakeçirilən 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST”sərgi-satış yarmarkası təşkil olunub. Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmişsərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlananşəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, suvenirlər, millimusiqi alətləri və müxtəlif əl işləri nümayiş olunub.
Mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunanməhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılarvə təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədiləkeçirilmiş “KOB FEST” sərgi-satış yarmarkasında Göygöl, eləcə dəətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox mikro və kiçiksahibkarın 800-dən çox ceşiddə məhsul və xidmətləri sərgilənib.
Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram datəşkil olunub.
Bölgədə yaşayan sakinlər və turistlər tərəfindən “KOB FEST”sərgi-satış yarmarkası maraqla qarşılanıb.