EN

Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb

Avqust ayının 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Operativ Media-ya bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub. 

S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Chosen
48
39
operativmedia.az

10Sources