EN

Yay aylarında sağlam qidalanmanın 10 vacib qaydası

Yüksələn temperatur, dəyişən həyat tərzi və artan su itkisi yay aylarında sağlam qidalanmanı daha da önəmli edir.

 

Pravda.az bildirir ki, düzgün olmayan qidalanma yüksək təzyiq, ürək və həzm problemlərinə səbəb ola bilər. Bu risklərin qarşısını almaq üçün isə gündəlik həyatımızda bəzi sadə, amma təsirli vərdişlərə əməl etmək kifayətdir.

 

Gündə 2-2.5 litr su qəbul edilməlidir.

 

Qidalanma saatlarını ötürməmək və gün ərzində balanslı yeməklər qəbul etmək vacibdir.

 

Gündə ən az 30 dəqiqə yürüş sağlamlığın qorunmasına dəstək olur.

 

Süd məhsulları, paxlalılar, meyvə və tərəvəzlər kimi müxtəlif qida qrupları ilə balans yaratmaq lazımdır.

 

Lifli qidalar həzmə kömək edir və toxluq hissini uzadır.

 

Yeməyi yavaş-yavaş və yaxşı çeynəyərək yemək həzmi asanlaşdırır.

 

Qızartma və yağlı yeməklərdən uzaq durmaq, buxarda və ya sobada bişirməyi üstün tutmaq məsləhətdir.

 

 Yayda qida zəhərlənmələrinə qarşı gigiyenaya xüsusi diqqət yetirilməlidir.

 

Karbohidratlardan tam imtina yox, kompleks və lifli formalarını seçmək önəmlidir.

 

Porsiyalar nəzarətdə saxlanmalı, xüsusilə açıq bufetlərdə miqdara diqqət edilməlidir.

 

Uşaqlardan böyüklərə qədər hər kəs üçün bu qaydalara əməl etmək, isti havalarda həm sağlam, həm də enerjili qalmağa kömək edir.

 

Əminə Bayramova

Tarix: 18 Avqust 2025, 16:01   
Chosen
3
5
pravda.az

5Sources