İspaniyada 30-a yaxın adam meşə yanğınlarını törətməkdə şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Europa Press” məlumat yayıb. Bildirilir ki, iyunun 1-dən İspaniyada 30-a yaxın adam bütün ölkəyə yayılan meşə yanğınlarını törətməkdə şübhəli bilinərək saxlanılıb.
Nəşr bildirir ki, yanğınlar hələ də nəzarət altına alınmayıb, minlərlə sakin müxtəlif rayonlardan təxliyə edilib.
Xuraman Etibarlı
İnterpress.az