"Əl-Nəsr"in yeni mövsüm üçün ev forması təqdim edilib.
Publika.az xəbər verir ki, təqdimatda Səudiyyə Ərəbistanı klubunun əsas ulduzları - Joao Feliks və Kriştiano Ronaldo da iştirak ediblər.
"Silinməyən irs. Yeni il, yeni görünüş. "Əl-Nəsr"in emblemi bu formanı əbədi edir", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, avqustun 19-da "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-İttihad"a qarşı oynayacaq.
Heybət