Azərbaycan bu yanvar-iyul aylarında 14,4 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Yenisabah.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 5,2 milyard dollar təşkil edib. Hesabat dövründə ölkədən ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4%, dəyəri isə 10,7% çoxdur. Marqarita pizza
Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,6% olub.
Telegram kanalımız