EN

Kilsə Paşinyana qarşı ikinci cəbhə açır (ŞƏRH)

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Katolikos I Aram Paşinyan - II Qaregin mübarizəsinə qoşulduğunu ortaya qoyur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Böyük Kilikiya Evinin katolikosu I Aramın ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Vaşinqton razılaşmasına sərgilədiyi münasibəti şərh edərkən deyib.

Əlimusa İbrahimov bildirib ki, katolikos I Aramın ABŞ-da Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı fikir bildirməsi yeni deyil:

"Paşinyan Ermənistanda kilsəyə qarşı total hücuma başlayıb və onun əsas məqsədi II Qaregini dəyişməkdir. Bu hücumun da nəticələri artıq görünməkdədir. II Qaregin Amerikaya gedərək orada özünə dəstək və yardım toplamaqla məşğuldur".

Bu mənada həmsöhbətimizə görə, Böyük Kilikiya Evinin katolikosu I Aramın bəyanatı da məhz Ermənistandakı kilsə dövət münasibətlərinə müdaxilənin bir hissəsidir:

"II Qareginlə bağlı olan bütün dindarlar onun müdafiəsinə qalxırlar. Təbii ki, onlar birbaşa olaraq erməni katolikosunu müdafiə etməkdən çəkinirlər. Bu səbəbdən Paşinyana qarşı dolayısı ilə hücumları davam etdirirlər. I Aramın çıxışını da bu müstəvidə qiymətləndirmək olar. Kilikiya katolokosunun çıxışları Amerikada keçirilən üçtərəfli görüşə həsr olunsa da, bu birbaşa Paşinyan əleyhinə yönəlik çıxışdır. Çünki katolikos həmin görüşün erməni xalqı və dövlətinə qarşı çevrildiyini ifadə edib. I Aram bu hücumla düşünür ki, ölkə daxili və xaricdə Paşinyana qarşı hücumları sürətləndirə biləcək".

Qeyd edək ki, Böyük Kilikiya Evinin katolikosu I Aram ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Vaşinqton razılaşmasının konkret və aydın yanaşma ilə xalqa təqdim edilməli olduğunu bəyan edib. O iddia edib ki, birtərəfli güzəştlərə, şərti prinsiplərə əsaslanan və xüsusilə birmənalı olmayan bəndlərlə dolu istənilən sülh sazişi ölkə üçün ciddi təhlükəyə çevrilə bilər. Ona görə də I Aramın fikrincə, bu müqavilə konkret yanaşma ilə xalqa təqdim olunmalıdır. 

Xatırladaq ki, hazırda Ermənistanda baş nazir Paşinyanla kilsənin rəhbəri II Qaregin arasında ziddiyyətlərlə dolu mübarizə gedir. Paşinyan II Qaregini dəyişməkdə israrlı görünür. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
28
qaynarinfo.az

10Sources