EN

Azərbaycanda istirahət anlayışı niyə lüks sayılır?

ain.az bildirir, Bizimyol portalına istinadən.

İstirahət insanın həm bədənini, həm də ruhunu yeniləməsi üçün təbii ehtiyacdır. Dünyanın inkişaf etmiş ölkələrində bu, normal həyat tərzinin bir hissəsidir.

İnsanlar ildə bir neçə dəfə səyahət edir, həftəsonlarını dincəlməyə ayırır, iş və şəxsi həyat arasında balans qurmağa çalışırlar. Amma Azərbaycanda vəziyyət fərqlidir. Burada istirahət çox vaxt lüks kimi qəbul edilir. Ən sadə misal, insanların böyük əksəriyyəti il boyu işləyib cəmi bir-iki gün dincəlmək fürsəti tapır. Bunun səbəbi isə maddiyyat, mədəniyyət və düşüncə tərzi, iş mühiti, sosial təzyiqdir. Daha dəqiq desək, cəmiyyətdə hələ də “çox işləmək qeyrət, az işləmək tənbəllik” kimi yanlış düşüncə hökm sürür. İnsanların özünə zaman ayırması bəzən “israf” sayılır. Xüsusilə özəl sektorda işçilər çox vaxt qanuni məzuniyyətlərini belə ala bilmirlər. Hətta həftəsonu və bayram günlərində işləmək adi hala çevrilib. Bir çox ailələrdə istirahətə pul xərcləmək “artıq xərc” hesab olunur. Toya, dəbdəbəyə sərf edilən məbləğ normal qəbul edilsə də, dincəlməyə xərclənən pul bəzən tənqid edilir və s.

Skandinaviya ölkələrində insanlar ildə ən azı 25–30 gün ödənişli məzuniyyət hüququna malikdirlər. Hətta bəzi şirkətlər işçilərinə əlavə “well-being day” (rifah günü) təqdim edirlər. Çünki işçilərin xoşbəxtliyi məhsuldarlığın açarıdır.

Azərbaycanda istirahət anlayışı lüks deyil, ehtiyac kimi qəbul edilməlidir. Əslində insan istirahət etmədən nə işləyə, nə də yarada bilər. Yaxşı istirahət edən işçi daha yaradıcı, daha sağlam və daha faydalıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
58
22
bizimyol.info

10Sources