EN

Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra ARTIB

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın reytinqi Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra kəskin şəkildə artaraq 54%-ə çatıb. Əsasən, göstərici afroamerikalılar və Latın Amerikası mənşəli insanlar arasında yaxşılaşıb.

Redaktor.az xəbər verir ki, bu, ''Insider Advantage'' tədqiqat xidmətinin sorğusunun nəticələrindən bəlli olur.

Bununla belə, respondentlərin 44%-i, əsasən yaşlı sakinlər, ABŞ liderinin fəaliyyətini bəyənmirlər.

Bundan əlavə, sorğuda iştirak edənlərin 2%-i onun işini bəyənib-bəyənmədikləri barədə hələ qərar vermədiklərini bildiriblər.

Sorğu 15-17 avqust tarixlərində keçirilib. Xəta payı 3,09 faiz bəndi təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
67
9
redaktor.az

10Sources