ain.az, Bakivaxti saytına istinadən bildirir.
Dünyanın gözü bu gün Vaşinqtonda keçiriləcək Tramp-Zelenski görüşünə dikilib. Görüş ətrafında həm beynəlxalq, həm də regional miqyasda böyük gözləntilər var.
Niyyət nəyə hesablanırsa-hesablansın, həqiqət budur ki, ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsini “sürətlə həll” etmək istəyi dünya mediasında geniş müzakirə olunr və çıxacaq yekun qərar maraqla gözlənilir. Əslində isə liderlərin, xüsusən də Zelenskinin fevral ayında, Ukraynanı Trampın qarşısında necə müdafiə etdiyinə diqqət etdikdə, bu görüşdən də çıxacaq yekun razılaşmanın nə sadə, nə də birtərəfli qərarla mümkün olmayacagını dəqiq söyləmək mumkündür.
Ukrayna prezidenti bu dəfə də ərazi güzəştlərinə qəti etiraz edəcək və edir də. Zelenski dəfələrlə bildirib ki, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri danışıqlar mövzusu deyil və heç bir torpaq parçası güzəştə gedilməycək. O cümlədən dünya medisının yazdığına görə , Putinin Trampdan istədiyi Krım və Donbass da.
Bu isə o deməkdir ki, görüş kifayət qədər gərgin olacaq. Məhz bu səbəbdən Zelenski Trampla görüşə daha tədbirli gedir.
Birincisi, Zelenski çalışacaq ki, Rusiya ilə atəşkəs deyil, Kiyev üçün əsas məsələnin gələcəkdə Moskvanın yenidən hücum etməsinin qarşısını ala biləcək real mexanizmləri işlənilsin. Ukrayna NATO səviyyəsində “qarantiya paketi” tələb etməklə istəyir ki, ölkəsinin təhlükəsizlik zəmanətini almış olsun.
İkincisi, Zelenski Vaşinqtona tək getmir, O Fransa, Almaniya, Böyük Britaniya və digər Avropa Komissiyasının liderləri və NATO baş katibinin müşayyəti ilə gedir. Bu tərtibatın özü deməyə əsas verir ki, Ukraynanın mövqeyinə dəstək nümayiş etdirməklə Vaşinqtona gedən liderlər Trampa həm xaricdə, həm də daxildə təzyiq balansı yaradacaq.
Gəlinən nəticə isə budur ki, Ukrayna məsələsində “tez razılaşma” gözləntiləri reallıqdan çox uzaqdır. Zelenski dövlətinin ərazi bütövlüyünü müdafiə etməkdə israrlıdir və Avropanın dəstəyi ilə öz mövqeyini gücləndirir.
Tramp isə sülh planı təqdim etməyə çalışsa da, hələlik konkret nəticə əldə olunmayıb. Əksinə Trampın Putinlə yaxın mövqedə görünməsindən narahatlıq keçirən Avropa liderləri Kiyevin yanında dayanmaqla Ağ Evin sahibinə qarşı cəbhə yaratmiş oldqlarını gizlətmirlər.
Elçin Abdullayev
Bakıvaxtı.az üçün
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.