EN

Azərbaycan klubu kamerunlunun yerinə nigeriyalını gətirmək istəyir

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kamerunlu hücumçu Kristian Kamtanın İraq çempionatına yollanmasına mane olmayan və bu keçiddən 10 min dollar qazanan "Difai" heyətinə yeni mərkəz forvardı cəlb etməyi planlaşdırır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən kollektivin baş məşqçisi Araz Bağırov "Al-Karh"a transfer olunan Kamtanın yoxluğunun hiss olunmaması üçün hazırda bir neçə variantı nəzərdən keçirir.

"Fədailər" "9 nömrə" mövqeyində çıxış etmək üçün iki əcnəbi ilə də danışıq aparırlar. Onlardan biri müqavilə ilə "Sabah"a məxsus olan, ötən mövsümün ikinci yarısını icarə əsasında "İmişli"də keçirən Timilehin Oluvaseundur. 20 yaşlı nigeriyalının agenti və klubu ilə razılığa gəlmək mümkün olsa, o, böyük ehtimalla, aşağı liqa təmsilçisinə icarəyə veriləcək.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
50
fanat.az

10Sources