EN

"Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var" - Prezident İlham Əliyev


Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var. Bunu Prezident İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğuladı.

Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.

Chosen
18
50
baki-xeber.com

10Sources