EN

Falaye Sako: “Neftçi”də əsas hədəfim çempionluqdur” - MÜSAHİBƏ

“Neftçi”nin yeni transferlərindən olan Falaye Sakonun Futbolxeber.az saytına müsahibəsi

- "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqadasında ilk matçınızı keçirdiniz. Debütunuzu necə qiymətləndirirsiniz?

- Hər şey qaydasındadır, bu, ilk oyunumuz idi. "Neftçi"də yeniyəm. Düzdür, qələbə qazana bilmədik. Lakin azarkeşlərimiz bizə inanmalıdırlar. Düşünürəm ki, getdikcə daha yaxşı və baxımlı oyun ortaya qoyacağıq. Məşqçilər mənə şans verdikcə, daha mükəmməl oyun göstərəcəm və əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

- “Şamaxı” ilə matçda 3 xal üçün çatışmayan nə oldu?

- Ümumilikdə yaxşı çıxış etdik. Həm hücumda, həm müdafiədə üstün idik. Qol vurmaq üçün xeyli imkanımız oldu. Amma bacarmadıq, fərqlənə bilmədik. Futbolda belə şeylər normal haldır.

- Qeyd etdiyiniz kimi, "Neftçi"ə yeni oyunçusunuz. Adaptasiya prosesi necə gedir?

- "Neftçi"yə tez öyrəşdim. Komandaya uyğunlaşa bilirəm. Oyun üslubuna tez adaptasiya oldum. Növbəti matçlarda daha yaxşı oyun göstərəcəyəm.

- "Neftçi"də əsas hədəfiniz nədir?

- Əsas hədəfim çempionluqdur. "Neftçi" ilə Azərbaycan çempionatının qalibi olmaq istəyirəm. Bunun üçün də əlimdən gələni edəcəyəm.

- Artıq növbəti turdan azarkeşlər çempionluq üçün “Neftçi”nin qələbələri sıralayacağına ümid edə bilərlər?

- Məşqlərdə öz üzərimizdə çalışırıq. Baş məşqçimiz də bizi hər oyuna daha yaxşı hazırlaşdırmağa cəhd göstərir. Azarkeşlər arxayın olsunlar, bütün matçlara yaxşı hazırlaşıb gücümüzü göstərəcəyik.

İdman.biz

Chosen
29
50
idman.biz

10Sources