EN

Tramp HƏMAS-ı mümkün qədər tez məhv etməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatını mümkün qədər tez məhv etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, o, "Truth Social"da yazıb. Çünki yalnız bu, onun fikrincə, Qəzza zolağında saxlanılan girovların azad edilməsinə imkan verəcək.

"Biz qalan girovların geri qaytarılmasını yalnız HƏMAS məğlub və məhv ediləndə görəcəyik! Bu nə qədər tez baş verərsə, uğur şansı bir o qədər yüksək olar".

Chosen
74
50
ucnoqta.az

10Sources