EN

“Hizbullah” tərksilah olur?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin Türkiyədəki səfiri, Suriya və Livan üzrə xüsusi nümayəndəsi Tom Barrak, Livan hökumətinin “Hizbullah”ın silahsızlaşdırılması ilə bağlı “ilk addımı atdığını”, bu məqamda İsrailin də paralel bir addım atmasının vacib olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, “Hizbullah”ın silahı buraxmasına dair ABŞ tərəfindən aparılan proses davam edir.

Tom Barrak Livan Nazirlər Kabinetinin başda “Hizbullah” olmaqla dövlət xarici qrupların silahsızlaşdırılması barədə qərarından sonra bu gün yenidən Beyruta səfər edib.

İyun ayından bəri Livana dördüncü dəfə səfər edən Barrak, bu dəfə Livan Prezidenti Cozef Avn ilə görüşüb.

Livan Prezidentliyi sosial media platforması “X” vasitəsilə yaydığı məlumatda, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndə köməkçisi Morqan Ortagusun da

Barrak ilə birlikdə Baabda Sarayında keçirilən görüşdə iştirak etdiyini açıqlayıb.

Prezidentlikdən verilən məlumata görə, Avn görüşdə Barrak və Ortagusa belə deyib:

“İndi lazım olan digər tərəflərin ortaq bəyanat mətninin məzmununa əməl etməsi, Livan ordusuna daha çox dəstək göstərilməsi və İsrail hücumlarının hədəf aldığı bölgələrdə bərpa təşəbbüsünü başlatmaq üçün beynəlxalq səviyyədə gərəkli addımların sürətləndirilməsidir”.

Avn ilə görüşündən sonra jurnalistlərə açıqlama verən Barrak isə Prezidentlə “Hizbullah”ın silahsızlaşdırılması məsələsini müzakirə etdiyini və Livan hökumətinin bu istiqamətdə “ilk addımı atdığını” söyləyib.

Barrak bildirib:

“Həmişə addım-addım yanaşma olur. Amma mən düşünürəm ki, Livan hökuməti öz üzərinə düşəni etdi. İlk addımı atdılar. İndi ehtiyacımız olan, İsrailin də eyni istiqamətdə addım atmasıdır.

Qarşıdakı həftələrdə bütün tərəflərdə irəliləyiş görəcəksiniz. Bu, xalqlar üçün daha yaxşı bir həyat, qonşularımız üçün daha yaxşı bir həyat və ən azından bütün qonşularımızla fərqli bir dialoq yolunun başlanğıcı deməkdir”.

Qeyd edək ki, Livan rəsmiləri ilin sonuna qədər “Hizbullah”ı silahsızlandırmağı öhdəsinə götürsə də, “Hizbullah” silahlarını təhvil verməkdən imtina edir və silah buraxmağın İsrailin Livana qarşı hücumlarını artıracağını iddia edir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
21
cebheinfo.az

10Sources