EN

Avtobus sürücüləri narazıdır: Nəqliyyatın qiymətinə təsir edəcəkmi?

"Bütün dünyada ictimai nəqliyyat adətən zərərlə fəaliyyət göstərir”. 

Bunu nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, burada söhbət əsasən maddi zərərdən gedir:

"Məhz buna görə dövlətlər ictimai nəqliyyatda çalışan daşıyıcı şirkətlərə müəyyən subsidiyalar təqdim edir. Bu addım həm onların fəaliyyətini dəstəkləyir, həm də balans yaratmağa imkan verir. Nəticədə ictimai nəqliyyatın qiyməti vətəndaş üçün əlçatan olur və insanlar bir nöqtədən digərinə şəhər mühitində daha rahat hərəkət edə bilirlər. Azərbaycanda da dövlət tərəfindən daşıyıcılara subsidiya ayrılır. Ümid etmək olar ki, yaxın gələcəkdə bu subsidiyaların həcmi artırılacaq".

Qeyd edək ki, Bakıda ictimai nəqliyyat sistemi, xüsusilə də avtobusların fəaliyyəti son illərdə geniş müzakirələrə səbəb olur.(demokrat.az)

Chosen
27
16
avtosfer.az

10Sources